3-cü mikrorayon dairəsi istiqamətində bu 6 avtobusun hərəkəti dəyişdirilir


Digərləri 27 Sen 2019 18:56:00 307 0

3-cü mikrorayon dairəsi istiqamətində bu 6 avtobusun hərəkəti dəyişdirilir

Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Bakı. Samir Əli - 3-cü mikrorayon dairəsi istiqamətində 6 avtobusun hərəkəti dəyişdirilir. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.