“Şoubiznesdəki kişilər əxlaqlı qadını da yoldan çıxarır”


Şou-biznes 27 Sen 2019 17:54:00 258 0

“Şoubiznesdəki kişilər əxlaqlı qadını da yoldan çıxarır”

Son.az bu gün 34 yaşını qeyd edən "Xəzər" TV-nin aparıcısı Aytəkin Mərdanovanın Axşam.az-a müsahibəsini təqdim edir:

- Zəhra Əhmədova: Aytəkin, yaşınızın üstünə yaş gəlir. Hansı hissləri keçirirsiz?

- Əslində, heç vaxt fikir etmirəm ki, yaşım ötür, qocalıram. Həmkarlarım var ki, bundan depressiyaya düşür. Deyirlər ki, qocalıram deyə, niyə ad günü keçirim? 34 yaşım tamam olur. Hərdən düşünürəm ki, 40 yaşa 6 il qalıb. Uşaq olanda fikirləşirdik ki, bu yaş qocalmaq deməkdir. Mən geriyə baxmaq istəmirəm və sevmirəm. Hətta pul qabımda pulumu belə saymıram. Kənara qoyduğum pulu da həmçinin. Düşünürəm ki, pulumun sayını bilsəm, depressiyaya düşərəm. Sadəcə görürəm ki, sayı azalır. Deyirəm ki, Allah yetirəcək. Allah verən ömürdür.

- Zəhra: Bugünədək peşman olduğunuz il yaşamısınız?

- Peşmançılıq çəkməmişəm. Hər şeyin ideal olması düz deyil. Mənim də səhvim var. Həmişə özümü tənbeh edirəm. Düşünürəm ki, mənim günahımdır, çəkməliyəm. Özümə etdiyim pisliyi heç kim edə bilməz. Heç kəsə pislik etmirəm, buna kimsə cəhd etsə, onun beş qatını həmin adama qaytararam. Özlüyümdə filankəs irəli getdi, neyləyəcəm kimi düşüncələrə qapılmıram. Qısacası, paxıl deyiləm.

"ORADA-BURADA DEYİR Kİ, O QIZ MƏNİM SEVGİLİMDİR"

- Pərviz Hüseyn: Özünə pislik etməyə qədər xüsusi mərhələlər var. Hansı ki, insan uçuruma doğru getdiyini hiss edir. Bunu özünüzdə tənzimləyə bilirsiniz?

- Hərdən tənzimləyə bilmirəm. Kənardan baxıram ki, filankəs necə güclü insandır. Başına nə qədər iş gəldi, amma möhkəmdir. Düşünürəm ki, boşansam, ailəm dağılsa, halım pisləşər. Səbrsiz insan olduğum üçün həmin dönəmləri pis keçirirəm. Birini sevdimsə, ona sadiqəm. Elementar şeylərə görə insanı silə bilmirəm. İstər rəfiqəm, istər digər yaxın insanlar var ki, onların üstündən xətt çəkmək çox çətindir. Onları unutmaq üçün əziyyət çəkirəm. Ətrafımda çox insan yoxdur, olanları da qoruyuram.

 

- Pərviz: Siz də tipik azərbaycanlılar kimi boşanmağa qlobal problem kimi yanaşırsınız?

- Təbii ki, elə yanaşıram. Ailə mənim üçün başqa aləmdir. Çalışdığım qədər qoruyuram. Ona görə də getdiyim məclislərə, məkanlara, ətrafıma, dostlarıma fikir verirəm. Yoldaşım qısqanc deyil, amma həddini aşanda, bunu mənə bildirməyi bacarır. Kiminlə görüşəcəyimə, hara gedəcəyimə qarışmır. Lakin geyimimə irad bildirə bilər. Deyir ki, heç nə demirəm deyə, bu, o demək deyil ki, hər şey edə bilərsən.

- Zəhra: Aytəkin boşananlar siyahısına daxil olmaq istəmir?

- Boşananlara pis baxmıram. Çünki ayrı-ayrılıqda tanıdığım insanlardır. Bilirəm ki, boşanmağın bir səbəbi var. Ağıllı qadın və ya kişi ailəsinin dağılmasını istəməz. Hansısa kişi başqa bir qadına görə ailəsini dağıdırsa, o, ağılsızdır.  Qadınlar da var ki, evli kişi ilə münasibət qururlar. Fakt bilirlər ki, həmin şəxsin həyatında yalnız sevgili kimi qalacaqlar. O şəxslər bu qızın məşhurluğundan istifadə edir. Orada-burada deyir ki, filankəs mənim sevgilimdir. Deməli, həmin qadın ağılsızdır ki, buna yol verir. Bir xasiyyətim var ki, universitetdə belə qəddar müəllimin mühazirələrini yazmırdım, amma sadə olan, mehriban müəllimin mühazirələrini canla-başla yazırdım. Həmişə yoldaşımın mənə etibar etməyindən qorxuram. O, etibar edir deyə, onun üzüyumşaqlılığından istifadə edəsi deyiləm ki? Samir oldu, olmadı, özümü aparmağı bacarıram.

"MÜĞƏNNİLƏR MADDİYYAT ÜÇÜN "HƏCİ"LƏRİN YANINDADIR"

- Zəhra: Sizcə, şou-biznesdə boşanmaların sayı niyə artıb?

- İnsanlar var ki, iki gündür efirə çıxır, sosial şəbəkələrdə tanınır, ulduz xəstəliyinə tutulur. Evdə yoldaşını da saymır. Əri deyir bunu geyinmə, amma geyinir. Nə məcburdur ki? İki gün sənin onun dediyini et, o, daha sonra səni azad buraxacaq. Fikirləşirəm ki, səbəblər belədir. Bəzi həmkarlarımın efirləri çoxdusa, sənə salam vermir. Deyirsən ki, qurban olum, 13 ildir televiziyada çalışıram, bu isə haradansa gəlib, düşüb, amma özünü apara bilmir.

 

- Zəhra: Bəlkə "Həci"lər dəbə düşüb deyə, hamı "Həci" axtarışındadır.

- Məncə, "Həci"lər özlərini reklam edirlər. Sanballı insan sevgilisi ilə özünü reklam etməz. İstəyər ki, şəxsi həyatı gizli qalsın. "Həci"lərə də reklam lazımdır. Onlar da inşaatda çalışan, biznesmen insanlardır, özlərini şou-bizneslə tanıdırlar.

"EVDƏR QADINLAR DA "HƏCİ"LƏRƏ HƏSƏD APARIR"

- Pərviz: Maraqlıdır ki, "Həci"ləri əvvəllər əbasından tanıyardıq, indi isə kişilərin əllərinə baxırıq ki, görəsən, "Həci"dir?

- Əl söhbəti deyil. Şou-biznesdəki ailəsi olmayan hər bir qadının demək olar ki, sevgilisi var. Bunlar da iki kateqoriyaya bölünür: sadəlövh və bic insanlar. Sadəlövhlərə deyirəm ki, nə mənası var ki, belə paylaşımın? Fakt bilirəm ki, illərdir yanında olan əridir, lakin çox qabardır. Şəxsi həyatı göstərib, insanları qıcıqlandırmaq olmaz. Ən çox da evdar qadınlar qıcıqlanır. Onlara həsəd aparırlar ki, bu "Həci" mənim də yoldaşım ola bilər. Niyə məşhura pul xərcləsin?

- Zəhra: Övladların şou-biznesə gəlməyini istəyərsiniz?

- Heç birinin gəlməyini istəmərəm. Oğlumu isə ümumiyyətlə. Çünki qızlara qapı açıqdır, amma o qədər istedadlı oğlanlar var. Onlar əziyyət çəkirlər. Efirlər ödənişlidir, qızlar yenə sponsor tapıb, efirə çıxır, lakin oğlanlara çətindir. Qızımın da şou-biznesdə olmağını istəmərəm. Bu, həyat tərzi ilə bağlı deyil. Vallah, həkimlər, müəllimlər var ki, həyat tərzi ilə şou-biznesdəkiləri geridə qoyur. Möhkəm insan həmişə möhkəmdir. Müğənni xanımları qınamıram. Onlar aparıcılar kimi deyil. Mahnı yazdırmalı, efirə çıxmalı, geyimlər almalıdırlar. Buna görə də sponsor lazımdır. Ümumiyyətlə, hansısa şirkət var ki, sponsorluq edib, bütün xərcləri üzərinə götürsün? Müğənnini təmənnasız reklam etsin? Hər şey şəxsi münasibət zəminində olur. Qadınları pis yola atan kişilərdir. Hətta bilə-bilə evlisən, övladın var, sənə lazımsız mesaj yazır, xəbərdarlıq göndərirlər. Deyirsən ki, görəsən, pis geyindim, özümü yaxşı aparmadım ki, bu, mənə belə edir?

 

- Pərviz: Hərdən də həmin şou-biznesdəki kişilər özləri üçün yox, başqaları üçün qadınlara yazırlar...

- Razıyam, onlar əxlaqlı qadını da öz tamahlarına görə yoldan çıxarmağa çalışır. Kim möhkəmdirsə, dayanır, tamahkar olanlar isə bu tələyə düşür. Əslində, kişi-qadın məsələsi də deyil. Hərdən dostlarından keçə bilməyib, kiməsə söz deyirlər. Mənim başıma da gəlib. O, insanları qınayıram. Heç kəsi də heç nəyə məcbur etmək olmaz.

(adsgarden = window.adsgarden || []).push({});