Baş nazirin müavini: "Əhalinin layiqli həyat şəraiti ilə təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir"


Siyasət 27 Sen 2019 18:15:00 294 0

Baş nazirin müavini: "Əhalinin layiqli həyat şəraiti ilə təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir"

Azərbaycan hökuməti uzun illərdir ki, BMT-nin Əhali Fondu ilə uğurla əməkdaşlıq edir və qarşıya qoyulan məqsədləri uğurla yerinə yetirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin 25 illiyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zaman deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti bu fondun ölkədəki fəaliyyətini yüksək qiymətləndirir: "İnanırıq ki, bundan sonra da fond Azərbaycanda öz fəaliyyətini eyni templə və uğurla davam etdirəcək".

Baş nazirin müavini bildirib ki, Azərbaycanda əhalinin sayı yüksək templə artmaqdadır və əhalinin layiqli həyat şəraiti ilə təmin edilməsi istiqamətində dövlət tərəfindən mühüm layihələr həyata keçirilir.

Ə.Əhmədov qeyd edib ki, əhalinin sağlamlığı, insanların ehtiyaclarının ödənilməsi, təhsil almaları istiqamətində dövlət tərəfindən uğurlu layihələr həyata keçirilib və bu işlər davam etməkdədir. Baş nazirin müavini əalvə edib ki, gənc nəslin lazımi tərbiyə olunması, sağlamlığı, əhalinin düzgün yerləşdirilməsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir, bunu üçün bir çox mühüm layihələr müəyyənləşdirilib və həyata keçirilməkdədir.

Ə.Əhmədov vurğulayıb ki, Ermənistanın Azərbayacana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycan əhalisinin tərkibində bir milyondan artıq qaçqın və məcburi köçkün var. O bildirib ki, bu münaqşiə nəticəsində əlil olan insanların lazım olan ehtiyaclarının ödənilməsi üçün, bu kateqoriyadan olan əhalinin işlə təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması üçün hökumət müxtəlif layihələr icra edir.