Moskvada İŞİD terrorçuları tutuldu


Dünya 27 Sen 2019 18:09:00 194 0

Moskvada İŞİD terrorçuları tutuldu

Moskvada İŞİD terror qruplaşmasını maliyyələşdirilməsi ilə bağlı aparılan cinayət işi üzrə doqquz nəfər saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, əməliyyatın görüntüləri Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən yayımlanıb. 

Məlumatlara görə, saxlanılan şəxslərdən biri Misir ərazisində yerləşən terror təşkilatına qoşulub. 2015-ci ildə Rusiyaya qayıdan şəxs təşkilata maliyyə yardımı etmək istəyənləri axtarmağa başlayıb. O, mobil telefon tətbiqi vasitəsilə qrup yaradaraq, istəyini həyata keçirməyə çalışıb. 

Ümumilikdə qrupun 30 iştirakçısı olub. Bütün əldə olunan maliyyə təşkilatçının banl hesabına köçürülüb. 

Saxlanılan şəxslər əməllərini etiraf edib.

(adsgarden = window.adsgarden || []).push({});