Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tur keçiriləcək


Digərləri 27 Sen 2019 17:52:00 232 0

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tur keçiriləcək

Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilir.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər 4 vakant yer seçə bilərlər.