Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkədir


Digərləri 27 Sen 2019 17:45:00 242 0

Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkədir

"Bu gün Azərbaycan beynəlxalq investisiyalar üçün kifayət qədər cəlbedici ölkədir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Almaniya-Azərbaycan forumunda deyib.

O bildirib ki, Azərbaycanda qiymətli kağızlar sektoru da xarici standartlara uyğunlaşıb:

""Bizim qiymətləndirməmizə əsasən, hazırda Azərbaycanda maliyyə sektorunun cəlbediciliyi ilə bağlı heç bir şübhə yoxdur. Ölkə maliyyə sektorunda biznes mühitinin inkişafı üçün kifayət qədər potensiala malikdir".