Bakıda taksi sürücüsü xanım sərnişinin başına "OYUN AÇDI"


Kriminal 27 Sen 2019 17:24:00 303 0

Bakıda taksi sürücüsü xanım sərnişinin başına "OYUN AÇDI"

Bakıda soyğyunçuluq etmiş taksi sürücüsü tutulub.

Son.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 25-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində G.Məmmədova sərnişin qismində getdiyi avtomobildən düşərkən sürücü onun ödəniş etdiyi 100 manat pulu açıq talama yolu ilə aparıb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini R.Mövlayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.