Putinin ətrafında belə adamlar barmaqla sayılacaq qədər azdır


Dünya 27 Sen 2019 17:29:00 255 0

Putinin ətrafında belə adamlar barmaqla sayılacaq qədər azdır

"Rusiya Prezidenti Vladimir Putin siqaret çəkməyi xoşlamır və sağlam həyat tərzinin tərəfdarıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, Putinin ətrafında siqaret çəkənlərin sayı bir əlin barmaqlarından da azdır:

"Prezident heç vaxt siqaret çəkməyi alqışlamayıb, o, sağlam həyat tərzinin tərəfdarıdır. Prezidentin bu və ya digər formada işini təmin edən əməkdaşlar, onun ətrafında işləyənlərin demək olar ki, heç biri siqaret çəkmir".