AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib


Digərləri 27 Sen 2019 17:18:03 210 0

AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib

Bakı şəhəri və regionlarda yerləşən ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinə yenidən başlanıb.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda yerləşən ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinə yenidən başlayıb. AQTA-dan Trend-ə verilən məlumata görə, yeni tədris ilində ilk görüşlər Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəb və Mingəçevir şəhəri Texniki Humanitar liseyin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə və Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.