DGK rəhbərliyi Biləsuvar, Neftçala və Cəlilabadda vətəndaşları qəbul edib (FOTO)


Digərləri 27 Sen 2019 16:55:00 206 0

DGK rəhbərliyi Biləsuvar, Neftçala və Cəlilabadda vətəndaşları qəbul edib (FOTO)

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti dinlənilib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, komitə rəhbərliyi Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib. Həmin gün DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Biləsuvar şəhərində Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib. Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Biləsuvar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.