HUAWEI Mate 30 seriyasından smartfonları təqdim edib


Digərləri 27 Sen 2019 16:15:00 225 0

HUAWEI Mate 30 seriyasından smartfonları təqdim edib

HUAWEI dünyada ilk 5 G smartfonlarını - HUAWEI Mate 30 seriyasını təqdim edib.

88° bucağı altında əyilmiş kənarları və ön kameranın altında miniatür kəsiklə OLED HUAWEI Horizon Display video oyunları və kinoya baxan zaman tam qərqolma effekti yaradır. Bir kristalda hesablama modulları və 5G modemi ilə təchiz olunan dünyada ilk Kirin 990 5G SoC prosessoru yüksək məhsuldarlığı və enerji səmərəliliyini nümayiş etdirir.

HUAWEI Mate 30 seriyasından olan smartfonlar dörd şəkil modullarından ibarət əsas kamerasına yüksək həssaslığa malik SuperSensing Cine Camera kinokamerası daxildir. Yeni EMUI 10 interfeysi gündəlik tapşırıqlar yerinə yetirilən zaman rahatlıq və yüksək məhsuldarlıq təmin edir, güclü batareya və HUAWEI SuperCharge sürətli enerji yığma texnologiyası isə smartfonu uzun müddət ərzində lazımi şəkildə istifadə etməyə imkan verir.

HUAWEI Mate 30 Pro ilk dəfə olaraq fiziki səs tənzimləmə düymələrini virtual düymələrlə əvəz edən intuitiv Side-touch Interaction sensor idarəetmə funksiyasını təqdim edir. Texnologiya istifadəçiyə klavişləri cihazın hər iki hissəsində yerləşdirməklə onların vəziyyətini dəyişməyə imkan verir. Ekranın daxilinə quraşdırılan barmaq izləri skaneri ilə birlikdə HUAWEI 3D Face Unlock üz tanıma texnologiyası yüksək səviyyəli mühafizə və istifadə rahatlığı təmin edir.

HUAWEI Mate 30 Pro modeli, həmçinin, audionun displey vasitəsilə canlandırılması üçün HUAWEI Acoustic Display texnologiyası ilə təchiz olunub.

Ən qabaqcıl 7 нм+ EUV texnoloji prosesi ilə hazırlanmış HUAWEI Kirin 990 5G çipseti 2G/3G/4G, 5G şəbəkələrində avtonom və qeyri-avtonom rejimlərdə işi, həmçinin, Dual SIM, Dual Standby texnologiyaları və tam tezlikli FDD/TDD diapazonlarını dəstəkləyir və bununla mobil şəbəkələrdə sürətli dəyişdirməni təmin edir. HUAWEI Mate 30 seriyasından olan smartfonlar əməliyyat sisteminin işinin maksimal məhsuldarlığını təmin etmək üçün optimallaşdırılıb. Dünyada ilk ikinci nəsil 5G smartfonu olan HUAWEI Mate 30 Pro 5G modeli 5G şəbəkələri üçün 14 antena ilə təchiz olunub, bu isə sürətli qoşulmanı və yüksəksürətli rabitəni təmin edir.

Gün ərzində fasiləsiz işləmək üçün HUAWEI Mate 30 4200 mA●s tutumuna malik, əsas HUAWEI Mate 30 Pro modeli isə 4500 mA●s tutumuna malik güclü batareya ilə təchiz olunub. TÜV Rheinland şirkətinin sertifikat təqdim etdiyi  HUAWEI SuperCharge texnologiyası akkumulyatorun sürətli şəkildə enerji yığmasını təmin edir. Simsiz enerji yığma qurğusunun gücü 27 Vt, simlinin isə gücü 40 Vt təşkil edir. HUAWEI Mate 30 smartfonları, həmçinin, daşınan qurğuları və digər cihazları smartfonun akkumulyatorundan enerji ilə doldurmağa imkan verən təkmilləşdirilmiş əks enerji yığma funksiyasını dəstəkləyir.

(adsgarden = window.adsgarden || []).push({});