TANAP-ın tikintisinin ikinci mərhələsi başa çatıb


Digərləri 27 Sen 2019 16:46:00 239 0

TANAP-ın tikintisinin ikinci mərhələsi başa çatıb

Türkiyənin Edirne vilayətində Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin ikinci mərhələsi başa çatıb

Bakı. Türkiyənin Edirne vilayətində Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin ikinci mərhələsi başa çatıb. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib. Onun sözlərinə görə, artıq TANAP-ın ikinci mərhələsinin sınaqları keçirilir. Nazir qeyd edib ki, TANAP Türkiyə üçün ən vacib enerji layihələrindən biridir.