Canlı yayımda jurnalisti öpdü, məhkəməlik oldu


Digərləri 27 Sen 2019 16:34:00 276 0

Canlı yayımda jurnalisti öpdü, məhkəməlik oldu

Telejurnalist Sara Rivest canlı yayımda naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Telejurnalistə hücum edən naməlum şəxs onu qucaqlayaraq öpüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ABŞ-ın Kentukki ştatında keçirilən festivaldan küçədən birbaşa yayıma reportaj hazırlayan Sara Rivestə gözlənilmədən naməlum şəxs hücum edərək qucaqlayaraq öpüb. Hücuma məruz qalan telejurnalist canlı yayımda olduğundan kəskin reaksiya verə bilməsə də, sonradan məsələ WAVE telekanalında araşdırılıb.

Naməlum şəxsin hərəkəti pislənilib və onun bu hərəkətinin yersiz olduğu diqqətə çatdırılıb. Sara baş verən hadisə ilə bağlı məhkəməyə müraciət edib.

Sonradan hücum edən  şəxsin Erik Qudman olduğu bəlli olub və o, teleaparıcı tərəfindən məhkəməyə verilib.

(adsgarden = window.adsgarden || []).push({});