Səfir: Almaniya Aİ ilə Azərbaycanın yaxınlaşmasını dəstəkləyir


Digərləri 27 Sen 2019 16:35:00 218 0

Səfir: Almaniya Aİ ilə Azərbaycanın yaxınlaşmasını dəstəkləyir

Almaniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın yaxınlaşmasını dəstəkləyir

Bakı. Mətanət Nəsibova - Almaniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın yaxınlaşmasını dəstəkləyir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Bakıda keçirilən Almaniya-Azərbaycan forumunda deyib. Səfir bildirib ki, Azərbaycan Almaniyanın aparıcı ticarət tərəfdaşıdır və Aİ-nin enerji təhlükəsizliyinin qarantıdır: “Azərbaycan Aİ ilə yaxınlaşmanı davam etdirməlidir. Azərbaycan iqtisadiyyatının inamlı artımı Almaniyanın və Aİ-nin marağındadır. Azərbaycanda iqtisadiyyatın artımını Dünya Bankı və digər beynəlxalq strukturlar müşahidə edir”. Səfir əlavə edib ki, yaxın zamanlarda Azərbaycana kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi məqsədi ilə Avropadan nümayəndə heyətinin səfəri gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin