Messinin "el-klasiko"da iştirakı sual altındadır


İdman 27 Sen 2019 16:10:00 288 0

Messinin "el-klasiko"da iştirakı sual altındadır

Barcelona-nın kapitanı Lionel Messi yenidən uzun müddətə komandadan ayrı qala bilər.

Goal.az--ın məlumatına görə, Villarreal-la son oyunda zədəsini təzələyən argentinalı superulduzun qarşıdakı görüşləri də buraxması gözlənilir.

Sol ayaq əzələsi dartılan Leonun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalması ehtimal edilir. Onun Çempionlar Liqasında İnter və Slavia ilə oyunları, həmçinin mövsümün ilk "El Klasiko"sunu buraxması gözlənilir.

Qeyd edək ki, Barcelona - Real oyunu oktyabrın 26-da keçiriləcək.