Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon


Digərləri 27 Sen 2019 16:10:03 213 0

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

Sentyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Bakı. Sentyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Trend-in məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır. Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 7,99%-dir.