Bu nənə hər kəsi özünə heyran qoydu


Digərləri 27 Sen 2019 15:49:00 304 0

Bu nənə hər kəsi özünə heyran qoydu

İngiltərədə yaşayan 76 yaşlı Jan Baldvin məşğul olduğu idman növü ilə hər kəs özünə heyran qoyub.

Son.az ölkə.az-a istinadən bildirir ki, Baldvin 2013-cü ildə həyat yoldaşı Peter dünyasını dəyişdikdən sonra boksa başlayıb.

6 ildir boksla məşğul olan Baldvin "İngiltərənin ən yaşlı boksçusu" ünvanına sahibdir.

3 nəvəsi olan 76 yaşlı boksçu bu yaxınlarda özündən 16 yaş kiçik rəqibi ilə döyüşə çıxacaq. Xeyriyyə məqsədilə keçiriləcək döyüşdən əldə ediləcək gəlir yardım fondlarına bağışlanacaq.

(adsgarden = window.adsgarden || []).push({});