Bakıda seyf oğurlayan dəstə ələ keçib (FOTO)


Digərləri 27 Sen 2019 15:44:00 181 0

Bakıda seyf oğurlayan dəstə ələ keçib (FOTO)

Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Bakı. Samir Əli - Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar. Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.