Azyaşlıları cinayətə cəlb etmədə təqsirləndirilən "İntuş" ləqəbli stilistdən


Kriminal 27 Sen 2019 15:24:00 238 0

Azyaşlıları cinayətə cəlb etmədə təqsirləndirilən "İntuş" ləqəbli stilistdən

Ali Məhkəmədə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə təqsirləndirilən "İntuş" ləqəbli stilist İntizam Yusifovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, İ.Yusifov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. 

Ali Məhkəmə onun müraciətini təmin edib. 

İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib. 

Cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.