Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ərarvad saxlanıldı


Kriminal 27 Sen 2019 15:14:00 250 0

Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ərarvad saxlanıldı

Türkiyədə turizm sahəsində çalışan azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb.

Məlumata əsəsən, saxlanılan şəxslər azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb ediblər.

Araşdırma nəticəsində o da bəlli olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar.