Moskva təyyarəsində iki qadın əlbəyaxa oldu


Dünya 27 Sen 2019 15:19:00 213 0

Moskva təyyarəsində iki qadın əlbəyaxa oldu

Moskvadan Mineralnıye Vodıya uçan təyyarədə iki qadın əlbəyaxa olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. 

"Hava gəmisinin komandiri polis əməkdaşlarına məlumat verib ki, münaqişə zamanı qadınlardan biri o birinin baş nahiyəsinə xəsarət yetirib. Onlar davanı sakitləşdirməyə çalışan ekipaj üzvlərini də təhqir edib", - o bildirib.

Təyyarə eniş edən kimi qadınlar polis bölməsinə aparılıb.