Yırtıq ağrısına görə xüsusi trenajorda boğulub öldü


Digərləri 27 Sen 2019 14:24:00 241 0

Yırtıq ağrısına görə xüsusi trenajorda boğulub öldü

Bel və boyun ağrısından əziyyət çəkən 33 yaşlı Odinsovo sakini onurğa müalicəsi üçün qeyri-ənənəvi bir metod seçir. Aleksey  onurğasında və boynunda yırtıq aşkar olunduqdan sonra, dərmanlardan effekt almadığını gördükdə, internetdə məşhur olan xüsusi trenajor aləti sifariş edir. 

Qlisson petləsi adlanan bu kiçik alətdə məşqlər edən Aleksey boynunu xüsusi rezinlə bağlayaraq trenajorda dartınma hərəkətləri edirdi.

Son.az medicina.az-a istinadən bildirir ki, bir səhər evdə heç kimin olmadığı vaxt məşq edən gənc rezin qaytanı bərk sıxdığından oksigen çatışmazlığından huşunu itirir və elə trenajordaca boynu asılaraq qalır. Ailə üzvləri də evə gec qayıtdıqlarından Aleksey boğularaq ölüb. 

İşi araşdıran polis ilk olaraq intihar versiyasını düşünsələr də, trenajorun quruluşunu incələdikdən sonra ölümün ehtiyatsızlıqdan və təhlükəsizliyə düzgün əməl edilməməsi səbəbindən baş verməsini təsdiq etdi. 

(adsgarden = window.adsgarden || []).push({});