"Zek" tanış olduğu qadının intim şəkillərini yaymaqla hədələdi


Kriminal 27 Sen 2019 14:14:00 316 0

"Zek" tanış olduğu qadının intim şəkillərini yaymaqla hədələdi

Abşeron rayonunda qadın intim fotoları ilə şantaj olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumaat görə, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.