Dünəndən yanan zavod bu gün söndürüldü


Dünya 27 Sen 2019 13:49:00 253 0

Dünəndən yanan zavod bu gün söndürüldü

Ötən gün Fransanın Ruan şəhərində "Lubrizol" kimya zavodunda başlayan yanğının söndürülməsinə yalnız bu gün nail olunub.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, bununla belə şəhər hakimiyəti yaxınlıqda yaşayanların həmin ərazidən uzaq durmalarını tövsiyə edib. Eləcə də bu ərazilərdə yetişdiirlən məhsulların müəyyən müddət istifadəsi məsləhət görülməyib.

Qeyd edək ki, "Lubrizol" kimya zavodu nəqliyyat və sənaye üçün xüsusi kimyəvi məhsulların istehsalı ilə məşğul olub.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisədən sonra araşdırmalar başlayıb.