Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfirliyində sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər


Digərləri 27 Sen 2019 13:20:00 201 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfirliyində sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfirliyində olublar

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər. Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar. xəbər yenilənəcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin