11 polis azyaşlı voleybolçunu zorladı


Digərləri 27 Sen 2019 13:19:00 270 0

11 polis azyaşlı voleybolçunu zorladı

Krasnodar vilayətinin Anapa şəhərində zorlanma hadisəsi baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 17 yaşlı voleybolçu axşam saatlarında bir oğlan dostu ilə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşıb. Uzun söhbətdən sonra onlar oğlanı buraxaraq, voleybolçu qızı bölməyə aparıblar.

İddiaya görə, bölməyə aparılan qıza qarşı 11 polis işçisi seksual xarakterli hərəkətlər ediblər. Onlardan ikisi isə onu cinsi əlaqəyə girməyə zorlayıblar

Hadisə Anapa şəhərindəki Vityazevo kəndində (Krasnodar diyarı) avqustun 26-sı gecə baş verib.

Hadisədən sonra 11 polis əməkdaşı müxtəlif intizam cəzalarına məruz qalıblar. Cinayətdə şübhəli bilinən 2 nəfər və patrul xidmətinin  4 əməkdaşı polis sıralarından qovulublar.

TASS agentliyi xəbər verir ki, bu barədə sentyabrın 23-ü Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Anapa DİN rəisi və ictimai asayişin qorunması üzrə müavini də vəzifələrindən azad edliblər.

(adsgarden = window.adsgarden || []).push({});