Cənubi Koreya Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır


Siyasət 27 Sen 2019 12:47:00 261 0

Cənubi Koreya Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır

Azərbaycanda informasiya iqtisadiyyatının qurulması prosesi Cənubi Koreyada xüsusi maraq oyadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin direktoru Pak Kumok İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı "Ağıllı körpü" birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.

O, Agentliyin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib və birgə layihələrin reallaşdırılmasının üstünlüklərindən danışıb.

P.Kumok, həmçinin, Azərbaycan iqtisadiyyatında investisiya sektorunun inkişafı üzrə gələcək birgə layihələrə hazır olduqlarını bildirib.