“Üçüncü Bahar” təşəbbüs qrupunun “Yaşa” mərkəzi ilə tanışlıq olub (FOTO)


Digərləri 27 Sen 2019 12:37:10 212 0

“Üçüncü Bahar” təşəbbüs qrupunun “Yaşa” mərkəzi 
ilə tanışlıq olub (FOTO)

“Üçüncü Bahar” təşəbbüs qrupunun “Yaşa” mərkəzi ilə tanışlıq olub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Nazirik yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin inzibati binasında yerləşən “Yaşa” mərkəzi ilə tanış olublar. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Üçüncü Bahar” təşəbbüs qrupu tərəfindən sosial layihə kimi yaradılmış “Yaşa” mərkəzinin məqsədi təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan insanların asudə zamanlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsidir. Mərkəzdə idman, təlim, kompüter və yaradıcılıq otaqları fəaliyyət göstərir. Nazirlik nümayəndələri otaqlarda yaradılmış şəraitlə tanış olublar.