Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir (FOTO)


Digərləri 27 Sen 2019 12:26:01 212 0

Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir (FOTO)

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin nümayəndə heyəti Boston və Portlənd şəhərlərində yaşayan soydaşlarımızla görüşlər keçirib.

Bakı. Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin nümayəndə heyəti Boston və Portlənd şəhərlərində yaşayan soydaşlarımızla görüşlər keçirib. Komitədən Trend-ə verilən məlumata görə, tədbir­lərdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Boston və Portləndəki diaspor təşkilatlarının, türk icmasının nümayən­dələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər. Hər iki tədbirdə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial və Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxı nümayiş etdirilib. Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Fondun fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti, Vətəni­mizin müxtəlif tarixi mərhələlərdə inkişafı, beynəlxalq əlaqələr, xüsusən də Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilib. Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlan­ması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər. Portlənddə isə soydaşlarımızın təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma imkanlarından danışılıb. Görüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və Amerika cəmiy­yətinə çatdırılmasında soydaşlarımızın rolundan danışılıb, bu istiqamətdəki fəaliyyətin əhəmiyyəti vurğulanıb.