Ərdoğandan zəlzələdən sonra paylaşılan


Dünya 27 Sen 2019 11:29:00 242 0

Ərdoğandan zəlzələdən sonra paylaşılan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələdən sonra sosial şəbəkədə paylaşılan fotoya münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, zəlzələdən sonra Fatih Sultan Mehmet və Yavuz Sultan Səlim körpülərində dağıntı olduğu iddia edilmişdi. Ərdoğan guya körpülərin dağılmasını əks etdirən şəkillərin paylaşımlarını düşüncəsizlik adlandırıb:

"Bu məqamda çoxlu açıqlamalar verən ola bilər. Onlar sizi çaşdırmasın. Körpülərdən istifadə etməyin deyənlər, bunu fürsətə çevirmək istəyənlər var.

Gördüm bir qadın tvit yazıb ki, körpülərin asılqanları qopub. Belə düşüncəsiz insanlar var. Zəlzələdə acınacaqlı bir xəbər almadıq. Hər şey nəzarətimdədir. İstanbullular başda olmaqla, bütün xalqıma keçmiş olsun deyirəm".