Kapital Bankın əməkdaşları 123 yaşlı müştərini ziyarət etdi


Digərləri 27 Sen 2019 11:15:00 285 0

Kapital Bankın əməkdaşları 123 yaşlı müştərini ziyarət etdi

Hər il olduğu kimi Kapital Bank 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ərəfəsində maraqlı sosial aksiyalar həyata keçirir. Bu il ahıl insanlar üçün hazırlanan tədbirlə yanaşı, həmçinin Kapital Bank-ın əməkdaşları bankın ən yaşlı müştərisinə baş çəkib, onu qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Sona Səmədova - Kapital Bank-ın Neftçala filialının müştərisidir. O, 1896-cı ildə indiki Neftçala rayonunun Beşdəli kəndində anadan olub. Sona nənənin hazırda 123 yaşı var və onun 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var. Təqaüdünü Kapital Bank vasitəsilə alır və ailəsinin bir neçə üzvü də bankın müştərisidir.

Sona nənənin yaşı çox olsa da, olduqca gümrah görünür. Ailə üzvlərinin dediyinə görə o, həmişə Neftçalada qalıb və buranın mülayim və təmiz təbiəti onun belə gümrah olmasına müsbət təsir edir. "Bildiyiniz kimi Neftçala rayonu Kür çayı ilə Xəzər dənizinin qovuşduğu yerdə yerləşir və təmiz havası var. Əhali əsasən balıq məhsulları yeyir. Burada yaşayanlar üçün 90-100 yaşa çatmaq adi haldır. Amma hələlik rekord yaş həddi Sona nənədədir", - deyə, 123 yaşlı müştərinin yaxınları bildirdi.

Kapital Bank adından Sona Səmədovanın simasında bütün yaşlı insanları qarşıdan gələn Ahıllar Günü münasibətilə təbrik edirik və möhkəm can sağlığı arzulayırıq.