Bakının bu qəsəbəsinə niyə marşrut yoxdur?


Digərləri 27 Sen 2019 11:09:00 270 0

Bakının bu qəsəbəsinə niyə marşrut yoxdur?

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən avtobuslarda ciddi sıxlıq qeydə alınır. Bu, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlərin də əsas problemlərdən birinə çevrilib. Belə ki, Saray-Bakı-Saray marşrutu yoxdur, Sumqayıt-Bakı istiqamətində avtobuslardan isə qəsəbə sakinləri sıxlıq səbəbindən istifadə edə bilmirlər. Sözügedən qəsəbədə 11 minə yaxın əhali var və onlar bildirirlər ki, Sumqayıtdan gələn avtobuslar dolu olduğu üçün onlar bəzən bir neçə avtobusu ötürmək məcburiyyətində qalırlar, bəzən də taksi xidmətindən istifadə edirlər. Bu səbəbdən onlar aidiyyəti qurumlardan Saray-Bakı-Saray istiqamətində fəaliyyət göstərən marşrut xəttinin açılmasını tələb edirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, həmin istiqamətdə hərəkət edən avtobuslardakı problem yollardakı sıxlıqla bağlıdır.

"Saray qəsəbəsindən gələn sərnişinlərin avtobusla bağlı problem yaşaması barədə məlumatımız var. Biz tədris ilinin başlanması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt istiqamətindəki avtobusların sayının artırılması ilə bağlı daşıyıcılara tapşırıq vermişik. Lakin nəzərə almaq lazımdır ki, Bakı-Saray-Sumqayıt istiqamətində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən nəzarətdə olan 5 marşrut xətti var. Bakı-Sumqayıt yolunda obyektiv səbəblərdən sıxlıq müşahidə olunduğu üçün avtobuslar pik saatlarda həmin sıxlıqda ya eyni vaxtda tıxacda qalır, ya da eyni vaxtda dayanacağa yaxınlaşırlar", - N.Allahyarova qeyd edib.

Hüquqşünas Vamiq Şükürov isə bildirib ki, qanunvericiliyə əsasən, sözügedən ərazidə tələbat müəyyən edildikdən sonra yeni marşrut xətti açıla bilər: