Kitabxanaları nüsxələrlə təchiz etməyən redaksiyalar inzibati məsuliyyət daşıyacaq


Digərləri 27 Sen 2019 10:51:00 302 0

Kitabxanaları nüsxələrlə təchiz etməyən redaksiyalar inzibati məsuliyyət daşıyacaq

Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydası”nı təsdiqləyib.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydası”nı təsdiqləyib. Trend-in məlumatına görə, kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir. Məcburi nüsxələr kitab, almanax və kitabçalar, dövri mətbuat materialları, qəzet və jurnallar, avtoreferat, monoqrafiya və dissertasiyalar, not yazıları, albom və statistik materiallar, xəritə, atlas və kartoqrafik materiallar, dərsliklər, dərs vəsaitləri və özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər hesab edilir.