Bu rayonun sakinlərinə ŞAD XƏBƏR: 5 istiqamət üzrə avtomobil yolu yenidən qurulub


Digərləri 27 Sen 2019 10:14:00 282 0

Bu rayonun sakinlərinə ŞAD XƏBƏR: 5 istiqamət üzrə avtomobil yolu yenidən qurulub

Goranboyda "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, söhbət Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yollarından və Qazanbulaq kəndinin giriş yolundan gedir.

Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 km-dir. Bunun 37.7 km-lik hissəsi III texniki dərəcəli, 2.3 km-lik hissəsi isə IV texniki dərəcəyə malikdir.

Uzunluğu 13 km olan Goran-Goranboy, 7.6 km olan Goranboy-Tərtər, 15.1 km olan Goranboy-Borsunlu və 2 km olan Gürzallar-Rus Borisi hissəsi III texniki dərəcəli, uzunluğu 2.3 km olan Qazanbulaq kəndinə giriş yolu isə IV texniki dərəcəlidir.

Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Bunun üçün "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Tikinti layihəsinə uyğun olaraq mövcud örtük sökülüb, yolun yararsız qruntu qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb, çiyin hissələr xüsusi materialla bərkidilib.