Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi ilə bağlı layihələri Prezidentə təqdim edəcək


Digərləri 27 Sen 2019 10:23:00 202 0

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi ilə bağlı layihələri Prezidentə təqdim edəcək

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi ilə bağlı layihələri Prezidentə təqdim edəcək

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin qərar verib. Qərarda qeyd edilir ki, “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin. Büdcə layihələri “Büdcə sistemi haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilsin. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin