AntiTangle turbinli Samsung tozsoranları


Digərləri 27 Sen 2019 10:00:00 266 0

AntiTangle turbinli Samsung tozsoranları

Dünyanın ən böyük tozsoranı daha çox kombaynı xatırladaraq, sənaye tullantılarını təmizləmək üçün təchiz olunmuşdur. Bu tozsoranının istifadəsi olduqca rahatdır: sükan arxasına keçirsiniz, və budur təmizlik başlandı. Düşünürəm ki, adi tozsoranarın vaxtaşırı sovurma gücününün itirməsi səbəbindən xanımlarımızın bir çoxu belə bir "elektrik süpürgəsinin" əl altında olmasını arzu edərdi. Beləliklə, tozsoranın işləmə gücü vaxt keçdikcə azalır, belə ki, çirk və saç topaları fitr barmaqlıqlarının üstünə yığılaraq hava axının qarşısını alır.

Adi toz toplayıcı iki bölmədən ibarət olub, birinci kamerası xırda tozu yığmağa, ikinci kamerası isə daha böyük həcmli tullantılar üçün nəzərdə tutulub. Burada mərkəzdən qaçma gücünün köməyi ilə fərqli ölçülərə malik olan tullantıların çeşidlənməsi həyata keçirilir. Beləliklə, barmaqlıqlar üzərində toplanan tullantılar hava axının qarşısını alaraq, sovurma gücünü azaldır və mühərrik qızmağa başlayır. Bu səbəbdən tozsoranın xarab olması hallarını aradan qaldırmaq və bütöv gücü ilə işləməsi üçün biz tez-tez onu boşaltmaq və filtri təmizləmək məcburiyyətində qalırıq.

Anti-Tangle turbinli Samsung tozsoranları toz və çirkin filtr barmaqlıqlarının üzərində yığılmasının qarşısını alan, xüsusi texnologiya ilə təchiz olunublar. Belə ki, siklon filtr üç hissədən ibarət olub, yuxarı hissəsində əks istiqamətdə firlanan və tullantıları itələyərək filtr üzərində toplanmasının qarşısı alan xırda turbin yerləşdirilib. Nəticədə böyük həcmli toz konteynerin dibində yığılır, əlavə hava axını isə saç və tük topalarını və digər kiçik tullantıları çeşidləyərək filtr üzərində toplanmağa imkan vermir.

Beləliklə, Anti-Tangle turbini sayəsində sovurma gücü daha uzun müddət dəyişməz olaraq qalır.  Belə ki, konteynerin dibində toplanan tullantıları asanlıqla təmizləmək olur. Bunun üçün sadəcə konteyneri çıxarıb zibil yeşiyinə boşaltmanız yetərlidir. Belə olduğu halda təmizlik zamanı əlləriniz də bulaşmadan təmiz qalacaq.