Zərdabda maarifləndirmə tədbiri keçirilib (FOTO)


Digərləri 27 Sen 2019 09:43:11 298 0

Zərdabda maarifləndirmə tədbiri keçirilib (FOTO)

“Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maafirləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib.

Bakı. Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maafirləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib. Trend-in məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Nağıyev tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə məlumat verib, belə tədbirin Zərdab rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb. Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Zərdab Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb. Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin 5 saylı Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.