Oğuzda meşəbəyini meşədə döydülər


Digərləri 27 Sen 2019 09:39:14 305 0

Oğuzda meşəbəyini meşədə döydülər

Oğuzda meşə nəzarətçisi döyülüb.

Bakı. Samir Əli - Oğuzda meşə nəzarətçisi döyülüb. Trend-in məlumatına görə, hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib. Oğuz rayonu Calut kənd sakini Həsənov Ehtiram Vilayət oğlu meşə ərazisindən UAZ markalı avtomobillə qanunsuz qırdığı odunu apararkən meşə nəzarətçisi İsabala Xudumov onun şəklini çəkib. Bu vaxt E.Həsənov meşə nəzarətçisinə zor tətbiq etməklə onu döyüb və hadisə yerindən qaçıb.