Azərbaycanda yeni bal BRENDi yaradılır - "9 iqlim" (ÖZƏL)


Digərləri 27 Sen 2019 07:45:23 251 0

Azərbaycanda yeni bal BRENDi yaradılır - "9 iqlim" (ÖZƏL)

Azərbaycanda yeni bal brendi yaradılır.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda yeni bal brendi yaradılır. Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bu bal ilə artıq xaricdə maraqlanırlar: "Bildiniz kimi, Azərbaycanda bir sıra bal sortları var. Ancaq hazırda ölkədə yeni bal brendi yaranır, adı isə "9 iqlim"dir. Həmin balın tərkibi 9 regiondan əldə edilən və 9 müxtəlif sortda olan balların birləşməsi olacaq. Yeni brendlə artıq Almaniya maraqlanır və bununla bağlı iki dəfə görüş keçirilib". B.Həsrətov Aran rayonlarında bal istehsalının getdikcə artdığını da deyib: