Facebook Avstraliyada gizlədilən bəyənmə sayğacını sınamağa başlayır


Digərləri 27 Sen 2019 06:08:26 276 0

Facebook Avstraliyada gizlədilən bəyənmə sayğacını sınamağa başlayır

Facebook sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb

Bakı. Facebook sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb. Trend-in məlumatına görə, hazırda bu rejimin digər ölkələrdə sınaqdan keçiriləcəyi barədə qərar verilmiyib. "Bu dəyişikliklərin istifadəni yaxşılaşdıracağını araşdırmaq üçün rəylər toplayacağıq" deyə Facebook sözçüsü Cimmi Raymo bildirib. Bənzər bir funksiya artıq Kanada və Braziliya da daxil olmaqla 7 ölkədə Instagram-da sınaqdan keçirilməyə başlayıb. Bəyənmələrin ümumi sayının əvəzinə istifadəçilərə yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir.