“Hərəmeyn” nə deməkdir?


Digərləri 26 Sen 2019 23:50:00 400 0

“Hərəmeyn” nə deməkdir?

Ərəb dilindən tərcümədə hərəm - "qadağan olunmuş, ehtiramı gözlənilən" mənalarını verir. Çox zaman müqəddəs ziyarətgah məkanlarına hərəm deyirlər. Çünki birincisi, kiminsə bu məkanları öz mülkiyyətinə çevirməsi haramdır. İkincisi, bu yerlərdə müəyyən davranış və ədəb-ərkan qaydalarına riayət etmək, məkanın ehtiraminı qorumaq lazımdır; ədəbsizlik, sayğısızlıq etmək bu yerlərdə haramdır. Dini kitablarda Həzrət Mühəmməd Peyğəmbərin (s) dəfn olunduğu Mədinə məscidini "Mədinə hərəmi", Həzrət Əlinin (ə) Nəcəfdəki məqbərəsini "Əli hərəmi", İmam Hüseynin (ə) Kərbəladakı məzarını "Kərbəla hərəmi" adlandırırlar.

Dini termin olaraq, hərəm - Məkkə ətrafındakı müəyyən əraziyə deyilir. Həmin əraziyə yalnız ehram geyinmiş halda daxil olmağa icazə verilir. Hərəm ərazisinə daxil olduqdan sonra bəzi əməllər (məsələn, ov etmək, ağacları sındırmaq, bitkiləri qoparmaq və s.) insana haram olur.

Dini kitablarda "hərəmeyn", yəni "iki hərəm" deyərkən, Məkkə hərəmi və Mədinədəki Peyğəmbər məscidi birlikdə nəzərdə tutulur. Şiə mənbələrində Kərbəla şəhərindəki İmam Hüseyn (ə) və Həzrət Abbas ziyarətgahlarını da "hərəmeyn" adlandırırlar.

(adsgarden = window.adsgarden || []).push({});