Müsəlman şəxs kilsəyə gedə bilərmi?


Digərləri 26 Sen 2019 23:40:00 398 0

Müsəlman şəxs kilsəyə gedə bilərmi?

Bütün əməllərdə olduğu kimi, burada da əsas olan niyyətdir. Əgər bir şəxs məsələn, xristianlığı və xristianların ənənələrini öyrənmək, tədqiqat aparmaq üçün kilsəyə gedərsə, burada qəbahət yoxdur. Yaxud tarixi əhəmiyyəti olan və incəsənət əsəri kimi qorunan kilsələrə turist kimi getmək də günah deyil. Lakin xristianların dini ayinlərinə əməl etmək niyyəti ilə bunu etmək icazəli deyil. Bəzən müsəlmanlar öz arzularının həyata keçməsi üçün kilsəyə gedib şam yandırmağı nəzir deyirlər. Bu cür nəzirlər və əhdlər doğru deyil. Müsəlman şəxs öz dini ibadət ocağına, yəni məscidə yaxud ziyarətgaha gedib, ayinləri orada və müsəlman din xadiminin məsləhəti ilə yerinə yetirməlidir. Nəzir, sədəqə kimi əməllər də ilk növbədə müsəlmanlara məxsus dini ocaqlara verilməlidir.

(adsgarden = window.adsgarden || []).push({});