Görkəmli opera müğənnisi Bülbülün xatirəsi yad olunub (FOTO)


Digərləri 26 Sen 2019 23:30:00 373 0

Görkəmli opera müğənnisi Bülbülün xatirəsi yad olunub (FOTO)

Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günüdür.

Bakı. Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür. Trend-in məlumatına görə, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub. Tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Vurğulanıb ki, Azərbaycan dövləti Bülbülün bənzərsiz sənətinə hər zaman yüksək qiymət verib.