Futbolçunun vəkili evində ölü tapıldı


Dünya 26 Sen 2019 23:18:00 404 0

Futbolçunun vəkili evində ölü tapıldı

Futbolçu Aleksandr Kokorinin hüquqlarını müdafiə edən vəkil Andrey Romaşov ölü halda tapılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, vəkilin cəsədi Moskvaətrafındakı evində tapılıb. Romaşovun ürək problemi olduğu deyilir.

Qeyd edək ki, Romaşov eyni zamanda blogger Erik Kituaşvilinin vəkili olub.

Futbolçular Aleksandr Kokorinlə Pavel Mamayev ötən ilin oktyabrında Moskvada gecə klublarının birində iki davada iştirak ediblər. Onlar  məmur Denis Pak, sürücü Vitali Solovçuk və "NAMİ"nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi. Kokorinlə Mamayev bu ayın əvvəlində şərti azadlığa buraxılıblar.