313 ədədinin müqəddəsliyi varmı?


Digərləri 26 Sen 2019 23:20:00 459 0

313 ədədinin müqəddəsliyi varmı?

Dini baxımdan hər hansı ədədin müqəddəs və ya əksinə, nəhs (uğursuz) olduğunu birmənalı olaraq söyləmək düzgün deyil. Ədədlər əşyalara, yəni onların ölçüldüyü məfhumlara bağlıdır.

Son.az islam.az-a istinadən bildirir ki, əşyaların sayının deyil, özünün mahiyyətinin müsbət ya mənfi olması əhəmiyyət daşıyır. Lakin bəzi ədədlər müəyyən dini anlayışlarla bağlı olduğu üçün insanların gözündə mübarək ədəd kimi qəbul edilir. Bu cür düşünməyin bir günahı yoxdur. 313 ədədinə gəlincə, dini mənbələrdə göstərilir ki, vaxtilə Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş hökmdar Talut düşmənlə həlledici döyüşə gedəndə Allah onları sınağa çəkmiş və 313 nəfər döyüşçü bu sınaqdan uğurla çıxmışdı, Allah da onlara qələbə vermişdi. Müsəlmanlarla Məkkə müşrikləri arasında baş vermiş ilk savaşda, yəni Bədr döyüşündə iştirak etmiş müsəlman döyüşçülərin də ümumi sayının 313 nəfər olduğunu yazırlar. Bəzi hədislərə görə, On ikinci imam Həzrət Mehdi (ə) zühur edəndə, Onun yanında 313 nəfər xüsusi seçilmiş silahdaşı olacaq. Bu 313 nəfər toplanmadıqca İmam zühur etməz.

(adsgarden = window.adsgarden || []).push({});