Hyundai debüt etməmiş pikapın "qaynar" versiyasını hazırlayır


Digərləri 26 Sen 2019 23:01:00 278 0

Hyundai debüt etməmiş pikapın "qaynar" versiyasını hazırlayır

Hyundai Santa Cruz pikapı yalnız 2021-ci ildə debüt edəcəkdir. Lakin, artıq şirkətdə pikapın "qaynar" N variantı barədə düşünməyə başlayıblar. Bu barədəmMotoring nəşrinə müsahibə verən Hyundai N bölümünün rəhbəri Albert Birmann işarə vurub.

Jurnalistlər Hyundai Santa Cruz N modelinin idman xarakteristikalarına malik olan asqıya, daha aqressiv kuzov dəstinə və daha güclü mühərrikə sahib ola bilər. Məsələn, pikap Hyundai i30 N hetçbekinin 275 at qüvvəli 2,0-litrlik turbomühərriki ilə təchiz edilə bilər. Bu mühərrikin gücünün 300 at qüvvəsinə qədər artırılacağı da istisna edilmir.

Bununla belə, istehsalçı bu şayiələri təsdiq etməyib. Əgər söylənilənlər doğrudursa, o zaman yeni Hyundai pikapı Ford Ranger Raptor modelinə yaxşı alternativ sayıla bilər.

(adsgarden = window.adsgarden || []).push({});