Yorğunluq, halsızlıq, əsəb, dəridə qaşınma: Sizdə kandidoz ola bilər –


Digərləri 26 Sen 2019 22:35:00 235 0

Yorğunluq, halsızlıq, əsəb, dəridə qaşınma: Sizdə kandidoz ola bilər –

Kandidoz orqanizmdə kandida sinfinə aid göbələklərin normadan artıq olmasıdır. İnsan bu göbələyin zərər verib verməməsini mütləq özü üçün aydınlaşdırmalı və yoxlamalıdır.

Əslində kandida göbələyi insan orqanizmində əvvəldən var olan və yaşayan bir göbələkdir. O, az miqdarda ağızda, dəridə, həzm sistemində olur. Normal səviyyədə olanda heç bir problem yaratmır.

Lakin müəyyən təsirlərdən, immunitetin zəifləməsindən bu göbələk başa böyüyüb, artıb başa bəla ola bilər.

Kandidozun ən ağır forması invaziv kandidozdur ki, bu zaman kandida göbələyi qanla ürək, beyin, göz və sümüklərə düşür.

Son.az medicina.az-a istinadən son zamanlar yayılmış  kandidoz xəstəliyinin səbəblərini təqdim edir:

-Şəkərli qidalar, rafinə olunmuş ərzaqlar, zərərli qidalanma, ağ un, çörək və s -Spirtli içki qəbulu -Xroniki stress, gərginlik -Çox və uzun müddət antibiotiklər qəbulu -Astma üçün steroidlər qəbulu -Oral kontraseptivlər -Zəifləmiş immunitet -Piylənmə -Autoimmun xəstəliklər -Hamiləlik -Şəkərli diabet    

Əlamətləri:

digər xəstəliklərlə çox oxşar olduğu üçün qarışdırılır, kandidadan şübhələnmirlər -Xroniki qəbizlik, qazlar, köp -Anal və vaginal qaşıntı -Xroniki yorğunluq -Huşun dumanlanması -Şirniyyata meyillik -Depressiya, gərginlik, səbəbsiz ağlamaq -Dilin üzərində ağ qalın ərp -Hormonal disbalans, aybaşı pozğunluqları -Həzm pozuntusu -Dəridə qaşınma

(adsgarden = window.adsgarden || []).push({});