Tarixdə İbn Əsir kimi tanınan neçə alim olmuşdur?


Digərləri 26 Sen 2019 22:40:00 327 0

Tarixdə İbn Əsir kimi tanınan neçə alim olmuşdur?

Görkəmli İslam alimlərindən və məhsuldar müəlliflərdən olan 3 nəfər tarixdə İbn Əsir kimi tanınır. Onlar 3 doğma qardaş olmuş, Mosul yaxınlığındakı məntəqələrdən birində dünyaya gəlmişlər. Qardaşların böyüyünün adı Əbussəadat Mübarək, ortancılının adı Əbülhəsən Əli, kiçiyinin adı Əbülfəth Nəsrullahdır.

Son.az islam.az-a istinadən bildirir ki, böyük qardaş hədis sahəsində ixtisaslaşmışdı. Əhli-sünnənin mötəbər və irihəcmli hədis məcmuələrindən olan "Came əl-səhih" kitabı ona məxsusdur. Ortancıl qardaş Əbülhəsən Əli tarix və rical mütəxəssisi olmuş, "Üsüd əl-ğabə" adlı məşhur rical kitabını və "əl-Kamil" adlı tarix kitabını qələmə almışdır. Kiçik qardaş isə ədib kimi məşhur olmuş və dövlət işlərində çalışmışdır. Dərin araşdırma aparmayan bəzi müəlliflər bu üç qardaşı eyni hesab etmiş, yaxud birinin əsərini o birinə məxsus bilmişlər. Hər üç alim hicri VII, yəni miladi XIII əsrdə yaşayıb-yaratmışdır.

(adsgarden = window.adsgarden || []).push({});