Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb


Digərləri 26 Sen 2019 22:24:21 200 0

Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb

Görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulandı

Bakı. Görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulandı. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Sammiti və Azərbaycanın Hərəkatda sədrliyi məsələlərini müzakirə etdilər. Görüş əsnasında, həmçinin regional təhlükəsizlik gündəliyində duran bir sıra məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparıldı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin