Çin orbitə yeni elmi tədqiqat peyki çıxarıb


Digərləri 26 Sen 2019 21:44:09 320 0

Çin orbitə yeni elmi tədqiqat peyki çıxarıb

Çin özünün “Yunhai-1 02" adlı yeni nəsil elmi-tədqiqat peykini orbitə çıxarıb.

Bakı. Çin özünün "Yunhai-1 02" adlı yeni nəsil elmi-tədqiqat peykini orbitə çıxarıb. Trend-in məlumatına görə, peykin buraxılışı sentyabrın 25-də Ciuçüən kosmodromundan baş tutub. Peyki orbitə "Long March-D" raketdaşıyıcısı aparıb. Bu, "Long March" nəslindən olan raketdaşıyıcıların 313-cü buraxılışıdır. "Yunhai-1" peyki əsasən atmosfer, dəniz və kosmik mühitin araşdırması, təbii fəlakətlərin öyrənilməsi və elmi tədqiqatların aparılması üçün istifadə olunacaq.